Главная > GÜNDƏM > Somali paytaxtında partlayış törədilib, 35 nəfər ölüb

Somali paytaxtında partlayış törədilib, 35 nəfər ölüb


19-02-2017, 19:52.

Somalinin paytaxtı Moqadişodakı bazarda partlayış baş verib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 35 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. Şahidlərin sözlərinə görə, ölənlər arasında azı 10 qadın və uşaq var. Vadadcir şəhər başçısı Əhməd Əfraksın bildirib ki, partlayışa səbəb yük maşınına qoyulan bomba olub. Terakta görə məsuliyyəti hələ heç bir terror qruplaşması öz üzərinə götürməyib.

 


Вернуться назад