Главная > Cəmiyyət > Fikrət Fərəməzoğlu aclıq aksiyasına başladı

Fikrət Fərəməzoğlu aclıq aksiyasına başladı


19-02-2017, 19:36.

Hazırda məhkəmə prosesi keçirilən jurnalist Fikrət Fərəməzoğlu saxlandığı 1 saylı Bakı istintaq Təcrdixanasında aclıq aksiyasına başlayıb.Gununsesi.info xəbər verir ki, bu barədə həbsdəki jurnalistin həyat yoldaşı Faiqə Nösrəti özünün sosial şəbəkədəki səhifəsində məlumat yayıb:
"İndi Fikrət zəng etmişdi. Dedi ki, dünəndən, ayın 18-dən aclıq aksiyasına başlayıb. Məhkəmənin ədalətsiz gedişinə, sifarişli həbsinə etiraz olaraq bu addımı atıb. Amma bunları mənə deyəndə danışığımızı yarımçıq kəsdilər. Kimsə qışqırdı ki, "çölə məlumat ötürmə”. Təzyiqlər artıq bu həddədir. Xahiş edirəm diqqətdə saxlayın”.


Вернуться назад