Главная > Ümumi > Mühacirlər Almaniyada Xocalı soyqırımını andılar – FOTOLAR

Mühacirlər Almaniyada Xocalı soyqırımını andılar – FOTOLAR


18-02-2017, 18:02.

Bu gün Almaniyanın Mainz şəhərinin baş meydanı – „Gutenbergplatz"-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anıt mərasimi keçirilib. Mainzda fəaliyyət göstərən Azərbaycan-Türk Cəmiyyətinin təşkilatcılıgı ilə keçirilən tədbirdə ermənilərin Xocalını işğal etdikləri zaman törətdikləri kütləvi qırğın pislənilib, bu haqda plakatlar qaldırılıb.

Tədbir barədə "Basta”ya Mainz Cəmiyyətinin İdarə Heyyətinin üzvü, Müsavat AKM-in təmsilçilərindən biri Əhməd Cəlaloğlu məlumat verib. Əhməd Cəlaloğlu bildirib ki, tədbirdə Mainz şəhəri və ətrafınfa yaşayan soydaşlarımız eyni zamanda, Müsavatın Avropa Koordinasiya Mərkəzinin fəalları iştirak ediblər. Əhməd Cəlaloğlu qeyd edib ki, YAP-ın siyasi mühacirlər əleyhinə apardıqları yalan təbliğayta rəğmən, Avropada yaşayan mühacirlər, o cümlədən müsavatçılar hər il 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir, beynəlxalq ictimaiyyətinin diqqətinin bu məsləyə yönəlməsinə öz tövhələrini verirlər.

Tədbirdə həmçinin Xocalı faciəsini əks etdirən fotosərgi nümayiş etdirilib, erməni-rus ordusunun dinc yerli əhalini vəhşicəsinə qırması haqqında məlumatların olduğu vərəqələr şəhər sakinlərinə paylanıb, – modernqezeti.com məlumat verib.

Qeyd edək ki, bu gün Müsavat AKM Almaniyanın Köln şəhərində "Siyasi məhbuslara azadlıq!” şüarı altında mitinq keçirəcəklər.

 

 

 

Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR

.
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR

.
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR

.
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR

.
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR

Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR

.
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR


Вернуться назад