Главная > Region > Xəzər dənizindən kişi meyiti çıxarılıb

Xəzər dənizindən kişi meyiti çıxarılıb


18-02-2017, 09:49.

Xəzərin dənizinin səthində sahildən 1 mil aralı məsafədə müşahidə edilən meyit sahilə çıxarılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, dünən saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.

Həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır

 


Вернуться назад