Главная > Region > Atəşkəs rejimi 26 dəfə pozulub
Atəşkəs rejimi 26 dəfə pozulub18-02-2017, 11:20. |
Müdafiə Nazirliyi bildirir
ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində
60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs
rejimini ümumilikdə 26 dəfə pozub. İşğal altında olan Ağdam rayonunun Şuraabad, Yusifcanlı,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri
yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri
atəşə tutulub.
Вернуться назад |