Главная > Dünya > Türkiyənin satirik jurnalı bağlandı – Musa peyğəmbəri təhqir etdiyinə görə

Türkiyənin satirik jurnalı bağlandı – Musa peyğəmbəri təhqir etdiyinə görə


18-02-2017, 11:51.

Türkiyənin satirik jurnalı bağlanıb.

Trend-in məlumata görə, Türkiyənin məşhur "Qırqır” satirik jurnalının son buraxılışında Musa peyğəmbəri təhqir edən karikatura dərc olunmuşdu. Sosial mediada bu karikatura böyük söz-söhbətə səbəb olmuşdu.

Jurnalı nəşr edən şirkət bu gün dərginin fəaliyyətinə son qoyulması və işçilərin redaksiyadan qovulması barədə açıqlama yayıb.

Açıqlamada o da qeyd olunur ki, sözügedən karikatura şirkətdən xəbərsiz son anda çapa verilib: "Bununla bağlı məhkəməyə müraciət olunacaq”.

 


Вернуться назад