Главная > GÜNDƏM > Türkiyə XİN qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilən "referendumu" tanımayacağını bəyan edib
Türkiyə XİN qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilən "referendumu" tanımayacağını bəyan edib18-02-2017, 10:54. |
Türkiyə qondarma "Dağlıq Qarabağ Respublikasın”da fevralın 20-da keçirilməsi planlaşdırılan "referendum”u tanımadığını bəyan edib. Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, 25 ildir ki, Ermənistanın işğalı altında olan
Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan "referendum” beynəlxalq
hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarının, ATƏT prinsiplərinin açıq
pozulması deməkdir. Bu və buna bənzər tədbirlər Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə dair səylərə də zərər verir.
Вернуться назад |