Главная > Video xəbər > Gəncədə kollec müdiri belə həbs edildi - Video
Gəncədə kollec müdiri belə həbs edildi - Video18-02-2017, 00:23. |
Gəncə Musiqi Kollecində tələbələrdən müsbət qiymətlərin alınması üçün pul yığılması barədə 161 nömrəli "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata
görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2016-cı ildən Gəncə
Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq Gəncə
Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor
Gülçin Mirzəyeva həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə
qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və
sair nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların
qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması
üçün ümumilikdə 2000 manat məbləğində pulu rüşvət kimi tələb edib almalarına
şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb. Rüşvət görüntülərini APA.TV-yə istinadla təqdim edirik:
Вернуться назад |