Главная > Müsahibə > Ermənistanda girovda olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Ermənistanda girovda olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı


17-02-2017, 21:29.

1437 Azərbaycan vətəndaşı girovluqdan azad edilib

Hazırda Ermənistanda 3 Azərbaycan vətəndaşı girov saxlanılır.

Uluyol.info "virtualaz.org”a istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədov bildirib ki, beynəlxalq konvensiyaya görə, girovların götürülməsi qadağandır. "Hazırda 3 Azərbaycan vətəndaşı - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə qarşı tərəfdə saxlanılır. Onlar Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olan şəxslərdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olan şəxs artıq rəsmi şəkildə saxlanılan şəxs, əsir və girovdur”, - E.Səmədov qeyd edib.

Onun sözlərinə görə, komissiya yarandığı gündən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əlaqəli işləyir. Məhz onlarla əməkdaşlığın nəticəsidir ki, 1437 Azərbaycan vətəndaşı azad edilib. "Ümumiyyətlə isə, itkin düşmüş şəxslərin axtarışına maneə olan yeganə səbəb Azərbaycan ərazisinin işğal olunmasıdır. İşğal faktoru itkinlərin axtarılmasına çətinlik törədir”, - rəhbər müavini deyib.

Son məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3868 itkin düşmüş, 1437 nəfər isə əsir və girovluqdan azad olmuş şəxs kimi qeydiyyata alınıb.

 


Вернуться назад