Главная > İqtisadiyyat > “Offisiant”lardan vergi tutula bilər

“Offisiant”lardan vergi tutula bilər


17-02-2017, 20:44.

Vergi Məcəlləsində edilən dəyişiliklə əlaqədar regionlarda ümumilikdə 3 500 sahibkarla görüş keçirilib.

 

Vergilər Nazirliyinin mütəxəssisi Nicat İmanov bildirib ki, bu ilin aprel ayından etibarən elektron qaimə-fakturalarının tətbiqi sayəsində vergi ödəyicilərinin inzibati xərcləri minimuma enəcək:

 

"ƏDV ödəyiciləri bu il aprelin 1-dən, digər növ vergi ödəyiciləri isə 2018-ci il yanvarın 1-dən elektron qaimə-faktura təqdim etməlidirlər".

 

Bundan başqa, müzakirələr zamanı restoran və otellərdə masa işçilərindən də vergi tutulması təklifi irəli sürülüb.

 

DAİR Otellər və Restoranlar Assosasiyasının sədri Samir Dübəndi hazırda turizm sahəsində 45 min şəxsin işlədiyini bildirib.

 

Samir Dübəndinin sözlərinə görə, bunlardan 15 mini masa işçiləridir.

 

Həmçinin assosasiya rəhbəri hazırda bəzi şəxslərin öz evlərini heç bir qeydiyyatdan keçmədən kirayə verdiklərini və bunun da ölkə ötelçiliyinə mənfi təsir etdiyini bildirib.

 

Qeyd edək ki, tədbir zamanı DAİR Otellər və Restoranlar Assosasiyasına qoşulan 11 yeni üzvünə diplomlar təqdim olunub.(fins.az)

 


Вернуться назад