Главная > Ölkə / Region > "Qorxu insanlara hakimdir"-Valeh Hümmətoğlu

"Qorxu insanlara hakimdir"-Valeh Hümmətoğlu


29-12-2015, 23:46.
 
Manatın ikinci devalvasiyasından sonra paytaxt Bakıda qiymət artımının şahidi olduq.Adiyyatı qurumlar qiymətlərin nəzarət altında saxlanacağın qeyd etsələrdə,amma hər gün qiymət artımının şahidi oluruq.Xatırladaq ki,Bakıda qiymətlərə nəzarət,yoxlamalar olsada,regionlarda vəziyyət fərqlidir.
Uluyol.İnfo xəbər portalı regionlarda qiymət artımı ilə əlaqəli müntəzəm olaraq oxuculara məlumat verəcik.Bu dəfə qiymət artımından əziyyət çəkən Salyan şəhəridir.Müsahibim elə bu rayondan son parlament seçkilərində Müsavat Partiyasından namizəd olmuş Valeh Hümmətoğludur. 
 
Valeh bəy,manatın devalvasiya uğramasına nə səbəb oldu?
 
- Bu gün ölkədə baş verənlərin əsas səbəbi neftin qiymətinin aşağı düşməsindən daha çox hakimiyyətin yarıtmaz idarəçiliyinin nəticəsidir.Vaxtı ilə neft gəlirləri sel kimi gələndə,hakimiyyət o pulları oğurlamaqdansa,qeyri-neft sektorunun inkişafına yatırmalı idi.Neftin büdcədə çəkisini minimuma endirsəydi,indi neftin ucuzlaşması xalqımza bu qədər problem yaşatmazdı.
 
Son günlər "qara bazar"da dollar hətta 2 manata satıldı.Sizcə,dollar manata nisbətdə 2 manat ola bilər,,yoxsa müyənnən işbazların hiyləsi idi?
 
-"Qara bazar"ıda bunlar idarə edir,nəzarətdə saxlayırlar.Yeri gələndə şayiə buraxırlar.Məqsədləri vəziyyətə uyğun hərəkət edib daha çox qazanmaqdır.Bunlar üçün müqəddəs heç nə yoxdur.

Sizcə,bir vətəndaş kimi ölkəmizin mövcud durumu ilə bağlı milli təsübkeşlik edə bilirikmi?
 
-Yox,bununda günahı cəmiyyətdədir.Cəmiyyətdə proseslərin barometri xalqdı.Xalqda da hələlik xof var.Millət nə qədr başına gətirilən faciələrə dözəcəksə,haqqını tələb etmiyəcəksə,belədə davam edəcək.Dahada pis olacaq.

 Salyan şəhər rəhbərliyi qiymət artımın qarşısın alacaq tədbir gördümü?
 
-Rayon rəhbərliyi hakimiyyətin buyruq quludur.Yuxarıdan necə deyəcəklərsə,elədə edəcəklər.İnzibati yollar olsa belə ,gələn göstərişləri icra edəcəklər.Hələlik prosesləri özbaşına buraxıblar.Bahalıq tüğyan edir.Qiymətlər maneəsiz üzü yuxarı qalxmaqdadı.Salyanda qiymətlərin tənzimlənməsi ilə əlaqədər  inzibati tədbirlər haqqında heç nə eşitməmişəm,yəqin yoxdur.Olsaydı, eşidərdim,əsasən ərzaq mallarının qiyməti qalxıb.
 
Rayon ictimaiyyəti ilə sıx əlaqələrinizin olduğun bilirik.Yerli sakinlər nə düşünür?

-Daha çox sosial şəbəkələr üzərindən izahat aparırıq.Salyanda demək olar ki,sosial şəbəkə istifadəçiləri bizim yazıları oxuyurlar.İnsanlarla görüşəndə vəziyyəti izah edirik,sualların cavablandırırıq.Demək olar ki,əhali özüdə məlumatlıdı,baş verən prosesləri dəqiq qiymətləndirirlər.Amma qorxu insanlara hakimdir.
 
Proseslərin gedişi bizə nə vəd edir?
 
-Vəziyyət siyasi stuasiyan aslı olaraq dəyişəcək.Şərait yetişsə,xalq müxalifətin çağırışı olmasa da ayağa qalxacaq.Xalqı buna dözülməz yaşayış imkanları məcbur edəcək.Xüsusi ilə son sanksiyalarla bağlı qanun layihəsi cəmiyyətdə inam yaradıb ki,belə davam edə bilməz.

 

 Söhbətləşdi:Saday FƏRƏCOV
                  ULUYOL.İNFO


 


Вернуться назад