Главная > GÜNDƏM > İrandan ilginc addım - Azərbaycandan borc alıb, Ermənistana yardım edir

İrandan ilginc addım - Azərbaycandan borc alıb, Ermənistana yardım edir


17-02-2017, 13:51.

İranın dövlət banklarından biri üçüncü İran-Ermənistan elektrik xəttinin tikintisi üçün 84 milyon dollar maliyyə vəsaiti ayırıb.

 

Bu haqda politoloq Elxan Şahinoğlu məlumat verib. Bildirib ki, bununla da İran işğalçı Ermənistanı dəstəklədiyini nümayiş etdirir:"İranın dövlət strurkturları Ermənistanın tamamən taqətdən düşməməsi üçün içğalçıya dəstək verirlər, İrəvanı ayaqda tutmağa çalışırlar. Bəs yaxşı Tehranın Ermənistana kredit ayırması üçün pulu varsa, Rəşt-Astara dəmiryolunun tikintisi üçün niyə Azərbaycandan maliyyə alır?”

 

Elxan Şahinoğlu onu da əlavə edib ki, Azərbaycan Beynəlxalq Bankı Rəşt-Astara dəmir yolunun tikintisi üçün İrana 500 milyon dollar kredit ayırıb.

 

Sevinc Yasinqızı, Bakı Post

 


Вернуться назад