Главная > Maraqlı > 145 ton limon və portağal heykələ döndü-FOTOLAR

145 ton limon və portağal heykələ döndü-FOTOLAR


17-02-2017, 14:58.

Fransanın Aralıq dənizi sahillərində yerləşən Menton qəsəbəsində ənənəvi "Limon festivalı” keçirilir. Martın 1-nə qədər davam edəcək budəfəki festivalda 145 ton limon və portağal heykəllərə çevrilib.

Mentondakı "Limon festivalı”nın 84 illik tarixi var. İlk festival 1933-cü ildə təşkil olunub. Fransa-İtaliya sərhəddində yerləşən Menton o zaman Avropanın öndə gedən limon, mandarin və portağal istehsalçısı olub. Amma indi bu öncüllüyünü itirib. "Limon festivalı”na meyvələr İspaniyadan gətirilir.

Hər il dünyanın dörd yanından təxminən 300 min turist məhz bu festivalda iştirak üçün Mentona gəlir.

 

C vitaminli Mari Poppins

 

Brandenburg Qapısı (Almaniya) üzərində "Cabaret” müzklından müğənni Salli Bovles

 

Mandarindən hazırlanmış "Aslan Kral” və zürafələr

 

Keçmişdən gələcəyə…


 

10 metrlik "Notre Dame” kilsəsi və Esmeralda

 

"Singin’ in the Rain” müziklının qəhrəmanı aydın səma altında


 

(azadliq.info)
Вернуться назад