Главная > Aktual > İran yenə bayrağımıza hörmətsizlik etdi-FOTOLAR

İran yenə bayrağımıza hörmətsizlik etdi-FOTOLAR


16-02-2017, 20:47.

İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya kubokunda təşkilatçılar Azərbaycan bayrağına hörmətsizlik ediblər.

Rusiya yığması ilə görüş zamanı Azərbaycan milli komandası təqdim olunanda təşkilatçılar arenaya qəribə bayraq çıxarıblar - səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib, bayraqda iki ağ xətt olub.

Azərbaycan Güləş Federasiyasının nümayəndələri təşkilatçılara öz narazılıqlarını bildiriblər. Yığmanın baş məşqçisi Firdovsi Umudov oteldən əsl Azərbaycan bayrağını gətirib.

Qeyd edək ki, bir neçə dəfə Azərbaycanın dövlət rəsmilərinin İrana səfəri zamanı Azərbaycan dövlət bayrağı ilə bağlı analoji hal yaşanıb.//missiya.az

 
b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_181283_src.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_181282_src.jpg

Вернуться назад