Главная > Video xəbər > ABŞ və Rusiyanın Baş Qəraragah rəisləri Bakıda görüşəcək

ABŞ və Rusiyanın Baş Qəraragah rəisləri Bakıda görüşəcək


15-02-2017, 23:00.

Rusiya Müdafiə Nazirliyi Rusiya və ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəislərinin sabah Bakıda keçirəcəkləri görüş barədə məlumat yayıb.

 

Rusiya MN-nin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, fevralın 17-də Azərbaycan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla görüşü planlaşdırılır.

 

"Razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxildir. Bundan əlavə, dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılacaq",- deyə məlumatda bildirilib.


 


Вернуться назад