Главная > İqtisadiyyat > "Toshiba"nın rəhbəri maliyyə böhranı səbəbindən istefa verib

"Toshiba"nın rəhbəri maliyyə böhranı səbəbindən istefa verib


14-02-2017, 20:35.

Yaponiyanın "Toshiba" şirkətinin Direktorlar Şurasının sədri Siqenoriv Siqa bu gün istefa verdiyi açıqlayıb.

"APA-Economics" "Euronews" telekanalına istinadən xəbər verir ki, atdığı addımın səbəbi kimi S. Siqa maliyyə böhranını göstərib.

O istefaya getdiyini açıqlamamışdan öncə məlum olub ki, şirkət nüvə sənayesində 6 mlrd. dollarlıq zərərlə üzləşib.

Bundan öncə konqlomerat maliyyə hesabatının açıqlanmasını təxirə salıb. Maliyyə hesabatının açıqlanması azı 1 aylıq təxirə salınıb.

S. Siqa istefaya getdiyini açıqladıqdan sonra şirkətin səhmləri 8% ucuzlaşıb.


Вернуться назад