Главная > GÜNDƏM > Rusiya ordusu döyüşə hazır vəziyyətə gətirildi

Rusiya ordusu döyüşə hazır vəziyyətə gətirildi


14-02-2017, 22:13.

Rusiyanın qərbində yerləşdirilən hərbi qüvvələrə təcili yüksək səviyyəli xəbərdarlıq verilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Motoatıcı alay, müxtəlif raket kompleksləri, o cümlədən Sankt-Peterburqdakı aviabaza və dəniz limanları hərbi təlim çərçivəsində döyüş hazırlığı vəziyyətinə gətirilib.

Açıqlamada hərbi qüvvələrin ölkənin qərbində təlimlərdə iştirak edəcəyi vurğulanıb.

Qeyd edək ki, hərbi təlim barədə təcili xəbərdarlığın edilməsinə səbəb son günlər Ukraynanın qərbində silahlı toqquşmaların intensivləşməsidir.

 

(axar.az)
Вернуться назад