Главная > Siyasət > Suriya görüşləri təxirə salındı

Suriya görüşləri təxirə salındı


14-02-2017, 20:58.

İsveçrənin Cenevrə şəhərində 20 fevral tarixində baş tutması gözlənilən Suriya görüşləri təxirə salınıb.

Axar.az xəbər verir ki, müzakirələr 23 fevrala təyin edilib.

BMT Xüsusi Nümayəndəliyinin mətbuat katibi Yasa Şərif görüşdə iştirak edəcək tərəflərin fevralın 20-dən etibarən şəhərə gələcəyini açıqlayıb.

O, qurumun Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Misturanın məsələ ilə bağlı xüsusi səy göstərdiyini də əlavə edib.

 


Вернуться назад