Главная > Səhiyyə > Görmə qabiliyyətini yaxşılaşdıran 10 GÖZ İDMANI - FOTOLAR

Görmə qabiliyyətini yaxşılaşdıran 10 GÖZ İDMANI - FOTOLAR


14-02-2017, 17:04.

Göz məşqlərini mütəmadi olaraq etmək möcüzələr yaradır.

Gözlərin görmə qabiliyyətini yaxşılaşdıran, göz ağrılanı tamamilə yox edən məşqləri və onların faydalarını təqdim edirik:

1. İki dəqiqə ərzində tez-tez gözləri qırpın. Bu, gözdaxili qan dövranını normallaşdırır.

2. Gözləri əvvəlcə sağ tərəfə zilləyin, sonra isə düz xətt üzrə baxın. Eyni hərəkəti əks tərəfə də edin.

3. Qaranlığı hiss edin. Hesab edilir ki, qaranlıq işığa həssas hüceyrələrin inkişafına yardım edir.

4. Başınızı dairəvi şəkildə fırladın: Sağa-sola, yuxarı-aşağı baxın. Bu, qan dövranını aktivləşdirir.

5. Müxtəlif tərəflərə baxışların yerini dəyişin: Gözlərinizlə sanki 8 yazaraq sağa-sola, yuxarı-aşağı baxın.

6. 3-5 saniyə gözləri yumun, sonra açın. Bu hərəkəti 7 dəfə təkrar etmək lazımdır. Çalışma göz əzələlərini rahatlaşdırır və qan dövranını aktivləşdirir.

7. Barmaqları üst göz qapaqlarına basın, lakin heç bir xüsusi səy göstərməyin, təxminən iki saniyə bu vəziyyətdə saxlayın. Bunu 4-5 dəfə yerinə yetirin. Məşq gözdaxili mayenin axınını yaxşılaşdırır.

8. Pəncərənin yanında durun və uzaq nöqtədə yerləşən hər hansı bir obyektə (ev və ya ağac) nəzər salın. 10 dəfə təkrar edin.

9. Gözünüzü yumun və bəbəklərin yerini yavaş-yavaş aşağı-yuxarı dəyişin. Bunu 5-10 dəfə təkrar edin.

10. Açıq gözlərlə əvvəlcə havada sadə həndəsi fiqurlar çəkin, sonra isə daha mürəkkəb obyektləri və miqyaslı kompozisiyaları təsvir edin.

Aytən, publika.az


Вернуться назад