Главная > Aktual > Azərbaycanda 192 həkimin diplomu saxta çıxdı: Materiallar Baş Prokurorluğa göndərildi

Azərbaycanda 192 həkimin diplomu saxta çıxdı: Materiallar Baş Prokurorluğa göndərildi


14-02-2017, 16:32.

Səhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb.

 

Nazirliyin Hüquq və daxili nəzarət sektorundan APA-nın sorğusuna verilən cavabda bildirilib ki, 2016-cı il saxta diplom üzrə – 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

 

"Səhiyyə Nazirliyinin "Qaynar xətti”nə 762 şikayət daxil olub. Nəticədə 9 nəfər barədə məsuliyyət tədbiri görülüb”, - deyə nazirlikdən bildirilib.

 


Вернуться назад