Главная > Baş Xəbər > “Corc Buş” Yaxın Şərqi bombalamağa başladı

“Corc Buş” Yaxın Şərqi bombalamağa başladı


14-02-2017, 16:03.

ABŞ təyyarələri Suriya və İraqdakı İŞİD mövqelərini bombardman ediblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yayıb. Təyyarələr havaya "Corc Buş” təyyarədaşıyan gəmisindən qalxıblar.

Qeyd edək ki, "Corc Buş” Aralıq dənizinə fevralın 2-də daxil olub. Buradakı fəaliyyətini başa vurduqdan sonra Süveyş kanalı vasitəsilə Qırmızı dənizə, oradan da Fars körfəzinə gedəcək.

Gəmi 2006-cı ildə istifadəyə verilib. O, ABŞ-ın 41-ci prezidentinin şərəfinə "Corc Buş” adlandırılıb.

 


Вернуться назад