Главная > Cəmiyyət > “Ölmək istəmirəm. Amma ... “

“Ölmək istəmirəm. Amma ... “


14-02-2017, 00:38.

"Ölmək istəmirəm. Amma ... "- Yaponiyada tanınmış bir yazar olan Ryunosuke Akutaqava intihar məktubuna bu cümlələrlə başlamışdı.

Psixoloqlar intihara cəhd edən insanların 90%-nin həqiqətən ölmək istəmədiklərini müəyyən ediblər. İnsanlar verdikləri suallara istədikləri cavabları almadıqda ölümü tək çıxış yolu olaraq görürlər.

İntihara meyilli insanların tez-tez özlərinə verdiyi suallar adətən bunlardı :"Mən niyə yaşayıram?" , "Niyə yaşamağa davam edim?", "Bu vəziyyətə hələ nə qədər dözə bilərəm?"

İnsanların intihara yönəlmələrinin səbəbləri fərqli olsa da nəticə çox vaxt bənzər olur. "İntihar edən insanların özlərinə görə motivləri və səbəbləri var. Bunlar çox özəldir, bilinməz və dəhşətvericidir"- Kay Redfield Jamison, psixi-analitik.

Araşdırmalara görə yeniyetmələrdə intihara səbəb cinsi zorakılıqlar, sevgi, özünü yalnız hiss etmə faktorları olursa, orta yaşlılarda isə daha çox maddi problemlərlə əlaqədardır. Yaşadığı ölkədən razı qalmamaq, ətrafında baş verən hadisələr, ağır məsuliyyət hissi, problemlərin həllini tapmamaq insanları çarəsizliyə salır. Təbii ki, intihar çarə deyil və heç bir səbəb insan həyatından daha qiymətli deyil ki, həmin səbəbə görə insan həyatına son versin.

Başqa bir araşdırmaya görə isə intihar riski hər bir insanda mövcud depressiv problemlərlə bağlıdır və bunun təhsil səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Savadsız insanların daha tez depressyaya düşüb çıxış yolunu daha çətin tapdığı düşünülsədə, əslində bu belə deyil. Əksinə, daha çox bilgi sahibi insanlar daha çox araşdırmaq, öyrənmək, maraqlanmaq həvəslərində olduqları üçün öyrəndikləri hər ağır və dəyişdirilməsi imkansız olan mövzular həmin insanları intihara da apara bilər.

Elmi araşdırmaları və faktları nəzərə almadan ətrafımızda baş verən hadisələrə istinadən fikir bildirəsi olsaq, hər kəs şəxsi düşüncəsi və bu mövzuda sahib olduqları məlumatlara görə mövzunu dəyərləndirəcək. Buna misal olaraq"Qonşumuzda filankəs imkansızlıq ucbatından həyatına qəsd etmişdi", "Qohumumuzda filankəs ailə içi şiddətə görə intihar yolunu seçmişdi"kimi nümulərələ qarşılaşarıq.


Şahid olduğumuz intihar hadisələri bizə həyatımızı sorğulamağı məcbur edir...

 


TURAN İSAYEVA

Uluyol.info


Вернуться назад