Главная > Dünya > Pakistanda terror - 16 ölü, 82 yaralı

Pakistanda terror - 16 ölü, 82 yaralı


13-02-2017, 23:42.

Bazar ertəsi Pakistanın Lahor şəhərində törədilən partlayış nəticəsində 16 nəfər ölüb, 82 nəfər yaralanıb.

 

"Report" xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən "Frans Press" agentliyi məlumat yayıb.

 

Ölənlərin sayı bəzi məlumatlara görə 13 nəfər təşkil edir.

 

Partlayış bu gün axşam saatlarında Çerrinq Kross meydanında baş verib. Həmin zaman meydanda dərman preparatlarının dövriyyəsinə nəzarət üzrə qanunvericiliyə dəyişiklik əleyhinə etiraz aksiyası keçirilib. Meydanda dərman şirkəti, tibb müəssisəsi və aptek şəbəkəsinin yüzlərlə əməkdaşı olub.

Ölənlər arasında yüksək vəzifəli polis əməkdaşları da var.

 

"Reuters"in məlumatına görə, "Taliban" terror təşkilatının bölməsi sayılan "Camaat-ur-Əhrar" qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 


Вернуться назад