Главная > Aktual > İsveçrə referendumda “bəli” dedi

İsveçrə referendumda “bəli” dedi


13-02-2017, 12:40.
İsveçrəli seçicilər bazar günü keçirilən referendumda ölkədə üçüncü nəsil miqrantlara daha asan vətəndaşlıq haqqı verilməsinə "bəli” deyib.


Bir sıra fərqli məsələlərin səsverməyə çıxarıldığı referendumda önəmli suallardan biri ölkədə yaşayan 25 yaşdan aşağı üçüncü nəsil miqrantlara vətəndaşlıq verilməsinin asanlaşdırılması ilə bağlı idi. Bu qrup İsveçrədə doğulmuş və ya İsveçrə vətəndaşı olmuş ən azı bir nənə- babaya sahib miqrantları əhatə edir.

Referendumdan "bəli” cavabı çıxmasıyla 8 milyonluq ölkədə təxminən 25 min adamın vətəndaşlıq müraciətinin yolu açılmış oldu. Bundan sonra nəzərdə tutulan miqrantlar bəzi bürokratik prosedurlardan azad olacaq.

Referendum öncəsi İsveçrə Xalq Partiyası (SVP) tərəfindən mübahisəli bir kampaniya həyata keçirilmişdi. Partiya bu addımın radikal islamçıların İsveçrə vətəndaşı olmasına yol aça biləcəyi səbəbiylə referenduma qarşı çıxdı. Tənqidçilər isə SVP-yi müsəlmanlara qarşı qızışdırıcılıq fəaliyyətində günahlandırdı. Xəbər verildiyinə görə, sürətli vətəndaşlıq haqqı qazanacaq şəxslərin 60%-ni italyanlar təşkil edir. Ondan sonrakı yerlərdə Balkan ölkələri vətəndaşları və türklər gəlir.

Məlumdur ki, İsveçrədə vətəndaşlıq hüququ qazanmaq çox da asan məsələ deyil. Ölkədə yaşayan xaricilərin vətəndaşlıq üçün 12 il gözləməsi lazım gəlir.


Вернуться назад