Главная > Ümumi > HƏMAS yeni lider seçdi

HƏMAS yeni lider seçdi


13-02-2017, 16:23.

HƏMAS qruplaşması Qəzza sektorunda özünə yeni rəhbər seçib.

 

Modern.az xarici KİV-ə istİnadən xəbər verir ki, bu vəzifəyə 55 yaşlı Yəhya Sanuar seçilib. O, administrasiya rəhbəri İsmayıl Haniyəni əvəz etməlidir.

 

Yəhya Sanuar ən radikal HƏMAS liderlərindən biri sayılır. O, çoxsaylı terror hücumlarına görə, 450 il azadlıqdan məhrum edilsə də, İsrail həbsxanalarında 22 il cəza çəkib. 2011-ci ildə hərbçi Gilad Şalitin azadlığı qarşlığında Şanuar da azadlığa buraxılmışdı.

 


Вернуться назад