Главная > Region > Qubada sakinlərin torpaqları qanunsuz zəbt edilib-REPORTAJ
Qubada sakinlərin torpaqları qanunsuz zəbt edilib-REPORTAJ13-02-2017, 08:26. |
"Torpağımı zəbt edib, qoz əkirlər. Özümü də şəxsi torpağıma buraxmırlar" - bu sözlər Quba rayonu, Çartəpə kənd sakini Şirməmməd Məmmədov deyib. Musavat.comxəbər verir ki, Qubanın adıçəkilən kəndində sakinlərə məxsus torpaqlar zorla əllərindən alınır, təzyiq edilir və insanların hüquqları tapdanır. Belə ki, ötən ilin əvvəllərindən etibarən başlayan əkin işlərinin indilərdə əsl üzü ortaya çıxıb. Məsələ ilə bağlı bəhs etdiyimiz kəndə yola düşdük. Öyrəndik
ki, kənd sakinləri tərəfindən makler kimi tanınan Habil adlı şəxs camaatdan
bir-bir torpaqlarını almağa başlayıb. Bu günə qədər təqribən 40-50 nəfərdən
torpaq satın alan bu şəxs, sahibi ilə anlaşmadığı halda bəzi torpaqları da
hasara almaqdan çəkinməyib. Torpaq sahibləri buna etiraz edəndə isə,
"Narahat olmayın, pulunuz ödəniləcək" deyib. Onlar da bu sözə inanıb,
sakit dayanıblar. Qanunsuz zəbt edilən torpaqlarda qoz ağacı əkilir. Hətta
camaata "Bu, dövlət səviyyəsində olunan işdir. Dövlətə qarşı gəlirsiniz?"
deyib, dövlət adından istifadə də edilir. Sakinləri bu formada qıcıqlandırmaq,
narazı salıb, təzyiq altında saxlamağın sonu yaxşı olmaya bilər. İnsanları bu
hala gətirənlər deyəsən "Quba hadisələri" unudublar. Eyni problem kənd sakinlərindən biri olan Gülbala
Baxışovun da başına gəlib: "Həm mənim, həm də ailə üzvlərimə məxsus olan
torpaqları zəbt ediblər. Qanun mənim tərəfimdədir, çünki əlimdə torpağın mənə məxsus
olduğunu isbat edən sənədlərim var". İstifadəsiz qalan torpaqlarda aqrar sahənin inkişafı üçün fermer təsərrüfatlarının gücləndirilməsi və rəqabətə davamlı məhsulların istehsalında qarşıya çıxan çətinliklərin aradan qaldırılması ilə bağlı ötən il Qubada toplantı keçirilib. Deyəsən bəziləri bu toplantından səhv nəticə çıxarıblar. Fermerlərə, torpaq sahiblərinə dəstək vermək əvəzinə, onlardan torpaqları zorla almaq...
Məhəmməd Türkmən,musavat.com
Вернуться назад |