Главная > Region > "Kapital Bank"ın Neftçala filialında müdhiş kredit fırıldağı -ŞİKAYƏT / VİDEO

"Kapital Bank"ın Neftçala filialında müdhiş kredit fırıldağı -ŞİKAYƏT / VİDEO


12-02-2017, 22:46.

Kapital Bankın Neftçala filialında baş vermiş özbaşnalıqla bağlı redaksiyamızla əlaqə saxlayan rayon sakini Əsgərov Cəlal Mirhəsən oğlu  bildirir ki, Atakişiyev İlqar Qənimət oğlu onun adına 6 min manat pul götürüb.
Şikayətçi bildirir: "bundan təxminən 1 il əvvəl, şikayət edərək, Bank müduri Telman Qorcıyevin onun iştirakı olmadan qanunsuz olaraq necə onun adından başqasına pul verdiyini bildirib. Bank müduri Telman Qorcıyev öz qanunsuz əməllərini ört-basdır etmək üçün onu çağıraraq bildirib ki, sənin pulunu mən ödüyəcəm şikayətini geri götür.

Bir müddət pulu Atakişiyev İlqar Qənimət oğlu ödəyib.Ödəmədiyi aylarda Telman Qorciyev ödəyərəm və ondan şikayət etməməsini xaiş edib. Şikayətçi əlavə edir: "lakin daha sonra heç kimin bankın pulunu ödəmədiyindən  maaş kartımdan iki min səksən yeddi manat pul tutuldu.

Zərərçəkən Cəlal Əsgərov  dərdini demək üçün hara, kimə və necə müraciət edəcəyini bilmir. İddia edir ki, adına borc öhdəliyi, kassadan pul buraxılmağı o şəxsən banka gəlmədən sənədləşdirilib. Bu fakt araşdırıla və təsdiqini taparsa, "Kapitalbank”ın Neftçala filialının bu işə məsul əməkdaşları məsuliyyətə cəlb oluna bilər.
Şikayətçi Cəlal Əsgərovun Kapital Bankın Neftçala filialında baş vermiş özbaşnalıqla bağlı səs yazısını təqdim edirik:

 

 

Uluyol.info


Вернуться назад