Главная > Siyasət > Ştaynmayer Almaniyanın prezidenti seçildi

Ştaynmayer Almaniyanın prezidenti seçildi


12-02-2017, 17:48.

Keçmiş XİN başçısı Frank-Valter Ştaynmayer Almaniyanın prezidenti seçilib.

 

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

 

Bildirilir ki, Federal məclisdə 1239 nəfərdən 931-i Ştaynmayerin "lehinə" səs verib.

 

İlk turda qələbə əldə etmək üçün Ştaynmayer 631 səs qazanmaq lazım idi.

 

Qeyd edək ki, Frank-Valter Ştaynmayer əvvəldən prezident postuna əsas namizədlərdən biri sayılırdı.

 


Вернуться назад