Главная > Ümumi > İŞİD lideri əl-Bağdadi ağır yaralanıb

İŞİD lideri əl-Bağdadi ağır yaralanıb


12-02-2017, 20:57.

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi ağır yaralanıb.

 

APA-nın xəbərinə görə, bu barədə "Alsumaria” və "Alhurra” telekanalları məlumat verib.

 

Məlumata əsasən, Əl-Bağdadi İraqın qərbində endirilən hava zərbəsi nəticəsində yaralanıb. Onun müalicə üçün Suriya ərazisinə aparıldığı bildirilir.

 

Əvvəllər Əbu Bəkr Əl-Bağdadinin yaralanması və yaxud ölümü ilə əlaqədar dəfələrlə məlumatlar yayılıb. Lakin onların heç biri təsdiqini tapmayıb.

 


Вернуться назад