Главная > Aktual > Yapon dənizində ballistik raket sınağı

Yapon dənizində ballistik raket sınağı


12-02-2017, 14:57.

Şimali Koreya Yaponiya baş naziri Şinzo Abenin ABŞ ziyarəti davam edərkən ballistik raket sınağı keçirib.
Cənubi Koreya rəsmiləri mərminin Yapon dənizi istiqamətində 500 kilometr havada göründüyünü bildirib.

Yaponiyalı rəsmilər mərminin ölkə sularına çatmadığını açıqlayıb. Baş nazir Şinzo Abe isə sınağı "qəti olaraq qəbul edilə bilməz” şəklində dəyərləndirib.

Hadisə barədə məlumatlandırılan ABŞ prezidenti Donald Trump isə "Amerika müttəfiqi Yaponiyanın tam olaraq yanındadır” deyib.

Qeyd edək ki, Şimali Koreya son illər bölgədə narahatlığa səbəb olan bir sıra nüvə sınaq reallaşdırıb. Şimali Koreya saatı ilə bazar günü 07: 55-də atılan və 550 kilometr yüksəkliyə çatdığı xəbər verilən mərminin orta mənzilli "Rodong” mərmisi olduğu bildirilib.

Yaponiya hökumətindən Şimali Koreyaya qəti etiraz xəbərdarlığı ediləcəyi açıqlanıb. Şimali Koreya tərəfi isə raket sınağı ilə əlaqədar ittihamlara heç bir açıqlama verməyib.(azadliq.info)

 


Вернуться назад