Главная > Dünya > ABŞ Gürcüstanda hərbi baza inşa edəcək

ABŞ Gürcüstanda hərbi baza inşa edəcək


11-02-2017, 20:30.

ABŞ Gürcüstanda hərbi təlim mərkəzini inşa edəcək. Bu mərkəz NATO missiyasının əsgərlərinin hazırlıq keçdikləri ABŞ-ın Almaniyadakı "Xoxenfels” bazasının analoqu olacaq. "Report”un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Müdafiə Nazirlyindən bildirilib.

 

Müdafiə naziri Levan İzoriyanın rəhbərlik etdiyi səfər zamanı Gürcüstan nümayəndə heyəti ABŞ-ın Avropadakı Quru Qoşunları komandanı, general-leytenant Frederik Ben Hodceslə və ABŞ-nın Avropa Qüvvələrinin təlim komandanlığının rəhbəri Antonio Auqusto ilə görüş keçirib.

Yaxın gələcəkdə general Auqusto inşa ilə bağlı ətraflı müzakirələr aparmaq üçün Tbilisiyə səfər edəcək.

 

Ötən ilin sonunda Vaşinqton və Tbilisi Gürcüstan hərbçilərinin üç illik hazırlıq proqramını razılaşdırıb. Mərkəz bu proqramın çərçivəsində inşa olunacaq.

 


Вернуться назад