Главная > Aktual > İŞİD Əl Babda tam mühasirəyə düşdü

İŞİD Əl Babda tam mühasirəyə düşdü


11-02-2017, 17:08.

Suriyada hökumət qüvvələri Əl Bab yaxınlığında olan Ayn Alouşiye yüksəkliyini ələ keçiriblər.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "RİA Novosti” agentliyi özünü etibarlı mənbələrinə istinadən yayıb.

 

Agentlik bununla İŞİD-in Əl Babdan çıxmaq üçün son yolunun da kəsildiyini bildirib. Üstəlik, Əsəd rejimi Tadifa yaşayış məntəqəsini də ələ keçirib. Bununla da hökumət qüvvələri Əl Babın 1 kilometrliyinə çatıblar.

 

Qeyd edək ki, Əl Babın böyük hissəsi hazırda Türkiyə ordusu və müxaliflərin əlindədir.

 


Вернуться назад