Главная > Aktual > Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunan ŞEİR

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunan ŞEİR


10-02-2017, 21:48.

 

Erməni silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan Milli Qəhrəman Çingiz Qurbanova həsr olunan şeiri uluyol.info oxucularına təqdim edirik:


Vətən sevgisini yığdı köksünə,

Ürəyi məşəltək yandı Çingizin.

Şəhidlik zirvəsin seçdi özünə,
Torpağı qorumaq andı Çingizin.


Öpdü bayrağını, səcdə eylədi,
Canım bu torpağa qurban söylədi.
İgidlik, ərənlik bizdə belədi,
Qıydı igidimə əli dinsizin.

 

Başını dik saxla, oğul anası,
Millətin dərdidi balanın yası.
Qoy buna utansın o düşmən, asi,
Neşini gizlətdi, dandı Çingizin.

 

Ən uca zirvədi, dedi, şəhidlik,
Vətən məhəbbəti, bir də igidlik.
Sən sevin, ay Ana, əsgər gedirik,
Oldu son kəlməsi, andı Çingizin.

 

Verdi sinəsini güllə önünə,
Qıydı namərd düşmən cavan ömrünə.
Səma da, torpaq da batdı qəminə,
Üst-başı al rəngdə qandı Çingizin.

 

Düşmənin etdiyin etməyir vəhşi,

Sülhə əl qoymayır, edir savaşı.
Ruhu göydə idi, o susmuş nəşi,
Düz bir ay düşməndə qaldı Çingizin.


Torpaq çox içibdi igid qanını,

Budur bu həyatın yazı, qanunu.
Alıb öz əliylə cavan canını,
Əzrayıl ömrünü çaldı Çingizin.

 

Fəxr eylə, ay Ana, fəxr eylə Vətən,
Sənin qeyrətini var yenə çəkən.
Əyilməz, yıxılmaz qalanı tikən,
Torpağı sulayan qanıdı Çingizin.

 

Əzizim Ana ağlar,
Yas tutar, qara bağlar.
Gün gələr yad əlindən,
Qurtarar Qarabağlar.

 

Lilpar CƏMŞİDQIZI

 

 

Lilpar Cəmşid Qızı


 

 

 

 

 

 

 


Вернуться назад