Главная > Kriminal > Bakıda iki kişi intihar məqsədi ilə özünü bıçaqlayıb

Bakıda iki kişi intihar məqsədi ilə özünü bıçaqlayıb


10-02-2017, 20:50.

Bakıda iki nəfər intihara cəhd edib.

 

"Report”un xəbərinə görə, hadisələrdən biri Nizami, digəri Xətai rayonunda qeydə alınıb.

 

Belə ki, Nizami rayonunun Nəsimi küçəsindəki evlərdən birində yaşayan 1983-cü il təvəllüdlü Samir Fərzəliyev intihar etmək məqsədi ilə özü-özünə iki bıçaq xəsarəti yetirib.

 

Xətai rayonunun İ.İsmayilov küçəsindəki evlərdən birində yaşayan 1950-ci il təvəllüdlü Nəriman Sultanov da intihar etmək məqsədi ilə özü-özünə bıçaq xəsarəti yetirib.

 

Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад