Главная > Aktual > Hərbi qulluqçumuz qar uçqunu nəticəsində həlak oldu

Hərbi qulluqçumuz qar uçqunu nəticəsində həlak oldu


10-02-2017, 11:04.

Qar uçqunu nəticəsində hərbi qulluqçumuz həlak olub

Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.

 

Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

 


Вернуться назад