Главная > Ümumi > Olland Sərkisyanı Parisə çağırdı

Olland Sərkisyanı Parisə çağırdı


9-02-2017, 23:47.

Fransa Prezidenti Fransua Olland ermənistanlı həmkarı Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

 

Axar.az xəbər verir ki, bu barədə Fransa prezidenti bildirib. Onun sözlərinə görə, Fransa-Ermənistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı S.Sərkisyanı Parisə dəvət edib.

 

8 martda nəzərdə tutulmuş səfər çərçivəsində əsas müzakirə mövzusundan biri də Qarabağ münaqişəsi olacaq.

 

"Bu münaqişənin həlli üçün sülh yollarını tapmaq əhəmiyyətlidir", - Olland deyib.

 

O, həmçinin söz verib ki, Fransa həmişə bu ölkədəki erməni icmasını dəstəkləyəcək.

 


Вернуться назад