Главная > Problem > Ötən ay Azərbaycanda 54 nəfər qidadan zəhərlənib, bir uşaq ölüb

Ötən ay Azərbaycanda 54 nəfər qidadan zəhərlənib, bir uşaq ölüb


9-02-2017, 19:23.

Bu ilin yanvar ayında Azərbaycanda 31 qida zəhərlənməsi faktı qeydə alınıb.

 

Bu barədə APA-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri Nazim Feyzullayev məlumat verib. O bildirib ki, hadisələr nəticəsində 44 nəfər zərər çəkib.

 

N. Feyzullayevin sözlərinə görə, ötən ay qeydə alınan 5 botulizm hadisəsi nəticəsində 10 nəfər zəhərlənib. Botulizmdən bir nəfər - 6 yaşlı uşaq ölüb: "Ölüm hadisəsi Şəmkir rayonunda qeydə alınıb. Belə ki, ev şəraitində hazırlanan pomidor turşusundan bir ailə zəhərlənib, onlardan 2010-cu il təvəllüdlü Hüseyn Namazov zəhərlənmədən ölüb”.

 


Вернуться назад