Главная > Media > Sabah “Azadlıq”ın şikayətinə baxılacaq

Sabah “Azadlıq”ın şikayətinə baxılacaq


8-02-2017, 20:04.

Fevralın 9-da Bakı Apellyasiya Məhkəməsində "Azadlıq” qəzeti və "Azadlıq.info” MMC-nin, o cümlədən "azadlıq.info” saytının 162006055 nömrəli cinayət işi üzrə vergi yoxlamasına cəlb edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarından şikayətə baxılacaq. Proses saat 12:30-da başlayacaq.

Nəsimi Rayon Məhkəməsi qəzetin və saytın vergi yoxlamasına cəlb olunması barədə qərarı ötən ilin 18 noyabrında, Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədovun vəsatəti ilə verdiyi təqdimat əsasında qəbul edib.

 


Вернуться назад