Главная > Dünya > Kolumbiya prokurorluğu ölkə prezidentinin rüşvət aldığını iddia edir

Kolumbiya prokurorluğu ölkə prezidentinin rüşvət aldığını iddia edir


8-02-2017, 19:53.

Kolumbiya prokurorluğu ölkə prezidenti Xuan Manuel Santosu rüşvət almaqda şübhəli sayır.

 

APA-nın "gazeta.ru”ya istinadən verdiyi məlumata görə, onun 2014-cü ildə prezident seçkisi kampaniyasının maliyyələşdirilməsinə Braziliya şirkətlərindən biri 1 milyon dollar vəsait ayırıb.

 

Prokurorluğun məlumatına görə, Kolumbiya Liberallar Partiyasının rəhbərliyinə "Odebrecht” şirkəti tərəfindən ödənilən 4,6 milyard dollar vəsaitin bir hissəsi Xuan Manuel Santosun seçkiqabağı kampaniyasına sərf oluna bilər. Kolumbiya prezidentinin seçkiqabağı kampaniyasının rəhbəri bu ittihamları rədd edib.


Вернуться назад