Главная > Mədəniyyət > Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardı- Birinci yerdəki sürpriz dövlət

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardı- Birinci yerdəki sürpriz dövlət


7-02-2017, 19:05.

BMT-nin xüsusi komissiyası 2016, eləcə də son bir neçə ildə vətəndaşları ən çox kitab oxuyan ölkələrini müəyyən ediblər.

 

Həmin siyahının ilk onluğuna düşən ölkələri təqdim edirik:

 

10-Macarıstan-Həftə ərzində hər insan orta hesabla 6, 4 saat kitab oxuyur;

 

9-Fransa-fransızlar əylənməklə yanaşı kitaba da vaxt ayırır. Hər fransız orta hesabla 6,9 saat kitab oxuyur;

 

8-İsveç- Skandinaviya ölkəsinin əsrarəngiz mənzərəsi insanları kitaba da sövq edir. Həftə ərzində bir isveçli 7 saat kitab oxuyur;

 

7-Rusiya-Şimal qonşumuz siyahının yeddinci pilləsindədir. Hər rus həftədə 7,1 saatını kitaba ayırır;

 

6-Çexiya- Çexlərin kitaba vurğunluğuna söz ola bilməz. Bir çex həftəsinin 7,4 saatını kitaba ayırır;

 

5-Misir-Bəziləri ərəb ölkəsi hara, kitab hara deyə bilər. Amma Misirdə uzun illərdən bəri formalaşan kitab oxuma ənənəsi var. Bir misirli həftəsinin 7,5 saatını kitaba ayırır.

 

4-Filippin-Bəlkə də, təəccüblənəcəksiniz. Amma xarici mənbələrə də müraciət etsəniz hər Filippin sakininin həftədə 7,6 saat kitab oxuduğunu görə bilərsiniz;

 

3-Çin-Dünyanın hər 6 sakinindən biri bu ölkədə yaşayır. Amma orta hesabla hər çinli həftədə 8 saat kitab oxuyur;

 

2-Tailand-Şərq ölkəsinin hər vətəndaşı orta hesabla həftənin 8,5 saatını kitaba bağışlayır.

 

1-Hindistan- birinci yerin sahibi yəqin, hamınızı təəccübləndirdi. Hindistanın ucqar vilayətlərində heç oxuma-yazmaları olmayan insanların olduğunu deyəcəksiniz. Mən də sizinlə razı. Amma Hindistanın böyük şəhərlərində kitab oxuma ənənəsi o qədər vərdiş halına çevrilib ki, hərf tanımayan insanların çoxluğu belə bu ölkəni liderlikdən məhrum etmir. Hər hindlinin payına həftə ərzində orta hesabla 10, 7 saat kitab mütaliəsi düşür.


 

Elmin Nuri, moderator.az


Вернуться назад