Главная > Aktual > İsrail Qəzza zolağına hava zərbəsi endirib

İsrail Qəzza zolağına hava zərbəsi endirib


7-02-2017, 00:15.

İsrailə məxsus hərbi təyyarələr Qəzza zolağına hava zərbəsi endirib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail müdafiə nazirliyinin açıqlamasında bildirilir.

 

Hər iki tərəfdən olan itkilər barədə məlumat verilmir. İsrail hərbçiləri "Həmas”a məxsus infrastrukturun hədəfdə olduğunu bildiriblər.

 

Bundan əvvəl Qəzzadan buraxılan raket İsrailin Aşkelon şəhərinin yaxınlığına düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb. İsrail hadisəyə görə məsuliyyəti «Həmas» təşkilatının üzərinə qoyub.


Вернуться назад