Главная > Kriminal > Lənkəran sakini özünü güllələdi

Lənkəran sakini özünü güllələdi


6-02-2017, 20:12.

Lənkəran rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.

 

"Report” xəbər verir ki, hadisə rayonun Şağlakücə kəndində baş verib.

 

Belə ki, həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Şərifov Ramal Cəbrayıl oğlu pnevmatik tüfənglə ehtiyatsız davranış nəticəsində döş qəfəsindən yaralanıb.

 

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, müayinə zamanı döş qəfəsinin sol yarısında, altıncı-yeddinci qabırğaların arasında içəri nüfuz edən qırma aşkar edilib və R.Şərifov əməliyat olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад