Главная > Mövqe > Keçmiş FETO-çudan sensasion iddia-Gülən intihar edə bilər

Keçmiş FETO-çudan sensasion iddia-Gülən intihar edə bilər


6-02-2017, 12:42.

Türkiyədə jurnalist Hüseyn Gülərcə Bəyaz TV-də qatıldığı bir proqramda sensasion iddia ilə çıxış edib.

 

Avropa.info xəbər verir ki, Gülərcə FETÖ lideri Fətullah Gülənin intihar edə biləcəyini deyib.

Hüseyn Gülərcə ABŞ prezidenti Trampın Fətullah Güləni ekstradisiya edəcəyi təqdirdə, onun intihara əl atacağını istisna etməyib.

 

"Fətullah Gülən intihar edə bilər. Gülən başqalarına da intiharı tövsiyə edir. Edərkən də bunu deyir: "Apardığınız dava üçün lazım gəlsə, həyatınızı fəda edə bilərsiniz”.İntihar edin deyir. Bu özü üçün də keçərlidir. ABŞ prezidenti Tramp Türkiyənin göndərdiyi sənədlərlə onu həbs etməyə və ya ekstradisiya etməyə qərar versə, Gülən intihar edə bilər. Fətullah Gülən intihar etsə, mən təəccüblənmərəm. Çünki, intiharı özü tövsiyyə edir” deyə Gülərcə qeyd edib.

 

Qeyd edək ki, Hüseyn Gülərcə vaxtilə FETÖ-nün əsas simalarından olub. Lakin, sonradan o FETÖ-dən ayrılaraq, Fətullah Gülən haqqında ifşaedici açıqlamaları ilə yadda qalıb.

 


Вернуться назад