Главная > Aktual > İsrail Britaniyanı İrana qarşı qoymaq istəyir

İsrail Britaniyanı İrana qarşı qoymaq istəyir


6-02-2017, 12:30.

"The Guardian" yazır ki, İsrailin baş naziri Benyamin Netanyahu heç şübhəsiz Londonda keçirləcək görüşündə britaniyalı həmkarı Tereza Meyi İrana qarşı daha sərt beynəlxalq mövqe sərgiləməyə çağıracaq.

 

Netanyahu bazar günü keçirdiyi kabinet müşavirəsində deyib ki, o Trampın hakimiyyətə gəlməsindən sonra İranla bağlanmış nüvə sazişinin demontajını özünün diplomatik prioriteti edəcək.

 

Lakin öz növbəsində xanım Mey Netanyahu ilə görüşündə işğal olunmuş Fələstin torpaqlarında yəhudi məskənlərinin salınmasından Britaniyanın narahatlığı məsələsini qaldıracaq.

 

O ötən həftə bildirmişdi ki, yəhudi məskənlərinin salınması İsrail və Britaniya arasında qarşılıqlı etimada ziyan vurur.

 

Lakin Britaniyanın müxalif Leyborist Partiyasının lideri Ceremi Korbin bunun kafi olmadığını bildirib. O deyib ki, işğal olunmuş Qərb sahilində və Şərqi Yerusəlimdə 3000 yəhudi evinin tikilməsi beynəlxalq qanunlara ziddir və məsələ də məhz bu cür qoyulmalıdır.

 

Lakin Netanyahunun planları tamamilə fərqlidir. Bu yaxınlarda Londonda keçirilmiş konfranslardan birində Netanyahunun hakim Likud partiyasından millət vəkili David Bitan deyib ki, İsrail baş naziri Avropanın hazırkı dağınıq vəziyyətindən İsrailə yeni dəstək sisteminin yaradılması üçün fürsətlənməyə çalışacaq.

 

Netanyahu bu dəstək sistemində ən böyük Avropa ölkələri olan Fransa, Almaniya, İtaliya və Britaniyanı görmək istədiyini bildirir.

 

"The Guardian" yazır ki, ən başlıcası Netanyahu Donald Trampı İran üzərinə yeni sanksiyalar qoymağa sövq etməyə çalışacaq.

 

Netanyahu bəyan edib ki, İranın raket sınaqları və onunla bağlanmış nüvə sazişi təkcə İsrail və ABŞ-ı yox, bir sıra başqa ölkələri də narahat edir.

 

"The Guardian" yazır ki, Netanyahunun İrandan narahatlıqlarını rədd edən Obamadan sonra İsrail baş naziri Tramp və Tereza Meylə daha rahat dil tapacağına ümid edir (BBC).

 


Вернуться назад