Главная > Problem > Xarici ölkələrdə tarixi binaları təmir etdiririk, bəs Şah Soltan Hüseyn Məscidini kim bərpa eləsin...-İLGİNC FOTOLAR

Xarici ölkələrdə tarixi binaları təmir etdiririk, bəs Şah Soltan Hüseyn Məscidini kim bərpa eləsin...-İLGİNC FOTOLAR


6-02-2017, 00:03.

Məşhur Müqəddəs Marçellinio və Pietro yeraltı sərdabəsindəki freskalar əvvəlki möhtəşəm görkəminə qayıdıb. Bu qədim şedevrlərin bərpası üçün xərcləri Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürdü.

Bəs niyə Novxanı kəndindəki Şah Soltan Hüseyn Məscidini (təxmini 1750-ci il) əvvəlki möhtəşəm görkəminə qayıtmağı o tərəfə qalsın, adi bərkidilmə tədbirləri də görülmür?

Uçub-dağılır, hətta tamamilə xarabalığa çevrilib və dünyadakı freskalara həyat verən, Heydər Əliyev fondunun rəhbəri Mehriban Əliyeva abidəyə gözünün ucu ilə də, baxmır…

Arxitektura-shaxSoltan-1

Yerləşməsi və quruluşu

Şah Soltan Hüseyn məscidi nə vaxtsa tarixi yaşayış məskəninin mərkəziolsa da, indi demək olar ki, başlı-başına qalmış qədim bir ərazidə yerləşir. O, cənub tərəfdən kəndin "Aşağıbaş” adlanan hissəsinin yuxarısında, çoxplanlı irihəcmli kompazisiya blokların və gümbəzlərin xarakterik cizgiləri ilə kölgə şəklində qavranılır. Tərkibindəki ibadət zalına şimaldan xidməti otaq birləşir. Məscidin şərq qanadı tərəfdən sonradan xüsusi tipli portal tikilib. Namaz zalı naxışlarla bəzədilmiş kəsişən taqlarla sıx şəkildə bağlanmışdır.

Yüksək interyerə malik olan bu məscid XX əsrin 30-cu illərində Sovet hökuməti tərəfindən baqlanılıb. Məscid istifadə olunmadığı müddətdən bu günə qədər kərpic-kərpic qoparaq dağılır, tarixdən silinib gedir.Müvafiq icra strukturları və dövlət, nə məscidin restavrasiyası ilə məşğul olur, nə də, uçub-dağılmasının qarşısını alır.

Şah Soltan Hüseyn məscidinin bu günkü görüntüsünü sizlərə təqdim edirik.

 

16441614_1776617629331551_741732834_n16442757_1776606372666010_1174747194_o16442999_1776605282666119_1590578311_o16443883_1776603742666273_584668669_o16443905_1776609282665719_398541750_o16465986_1776605402666107_101449772_o16467125_1776617179331596_483861274_n16467245_1776616875998293_1824298282_n16491208_1776604859332828_944548241_o16491438_1776608932665754_1050204044_o16491609_1776607735999207_439575485_o16492484_1776604539332860_1876809255_o

Tariximizə laqeydlik, milli-mənəvi və tarixi dəyərlərimizə olan bu düşmən münasibət nə zamana qədər davam edəcək?

Aidiyyatı orqanların diqqətinə çatdırırıq ki, Səfəvi hökmüdarı Şah Soltan Hüseynin adı ilə bağlı olan bu tarixi abidənin restavrasiya işlərinə həmən başlanılsa, qurtarılması qismən də, olsa mümkündür.

Heydər Əliyev fondunun rəhbəri Mehriban ƏliyevaMüqəddəs Marçellinio və Pietro yeraltı sərdabəsindəki freskaları əvvəlki möhtəşəm görkəminə qaytarmaq üçün xərclədiyi vəsaitin ondan birini xərcləsə Şah Soltan Hüseyn məscidini də qurtarmaq olar….

 

Könül Alı, bastainfo.com

 



Вернуться назад