Главная > Dünya > Bu gün Dubayda maşın sürmürlər

Bu gün Dubayda maşın sürmürlər


5-02-2017, 18:16.

Bu gün Dubayda hökumət tərəfindən "avtomobilsiz gün" elan edilib. 

 

Trend-in məlumatına görə, avtomobilindən imtina edən hər sürücü xeyriyyəçiliyə vəsait köçürülməsinə yardımçı olacaq.

 

Məlumata görə, Dubay bələdiyyəsi zərərli maddələrin ətraf mühitə atılması səviyyəsini azaltmaq məqsədi ilə həmin gün əhalini avtomobildən imtina etməyə çağırıb.

 

Təşəbbüs ilk növbədə hökumət müəssisələrinin işçilərinə aiddir. Həmin gün bələdiyyələrin və aksiyaya qoşulan digər müəssisələrin avtomobil dayanacaqları bağlı olacaq.

 


Вернуться назад