Главная > Aktual > ABŞ geri addım atdı: “Aktivliyimiz olmayacaq”

ABŞ geri addım atdı: “Aktivliyimiz olmayacaq”


4-02-2017, 21:24.

ABŞ Çinin Cənubi Çin dənizindəki aktivliyinə qarşı xüsusi addım atmaq niyyətində deyil.

 

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib. O, bunun üçün heç bir zərurətin olmadığını bildirib.

 

Qeyd edək ki, Çin bundan öncə Cənubi Çin dənizində Spratli adalarını tutub. Bu adalara Çinlə bərabər Filippin, Malaziya və Vyetnam da iddia edir. Pekinin bu addımı ABŞ-ın da kəskin etirazına səbəb olub.

 

Vaşinqton bölgəyə öz hərbi gəmilərini göndərib.

 


Вернуться назад