Главная > Ümumi > İran parlamentindən ABŞ-a çağırış

İran parlamentindən ABŞ-a çağırış


4-02-2017, 21:13.

İran parlamenti miqrant məsələsi ilə bağlı olaraq ABŞ-a çağırış edib.

 

"Ölkə.Az" xəbər verir ki, İran parlamenti ABŞ-ı Səudiyyə Ərəbistanı vətəndaşlarına da qadağa tətbiq etməyə çağırıb.

 

İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Huseyn Əmir bildirib:"ABŞ prezidenti Donald Tramp terroru dəstəkləyən ölkələrin adını siyahıya əlavə etməyib. Düşünürəm ki, Tramp hansısa dövlətin vətəndaşlarına ABŞ-a girişi qadağan edirsə, 11 sentyabr hadisəsində iştirak edən dövlətlərin vətəndaşlarına da qadağa tətbiq etməlidir. Amma cənab Trampın siyahısında terrorizmi dəstəkləyən, "Əl-Qaidə" və "İŞİD" qruplaşmasını yaradan dövlətlərin siyahısı yoxdur".

 

Parlamentari bildirib ki, amerikalı lider Səudiyyə Ərəbistanının vətəndaşlarının ABŞ-a girişinə qadağa tətbiq etməlidir:"Səudiyyə Ərəbistanı son illər regionda terrorizmin yayılmasına ciddi dəstək göstərib. Səudiyyə Ərəbistanı və onun rəhbərliyi Suriyada terrorizmi dəstəkləyir, Bəhreynə hərbi müdaxilə edir".

 


Вернуться назад