Главная > Dünya > Rusiyada hava limanı boşaldıldı - Bomba həyəcanı

Rusiyada hava limanı boşaldıldı - Bomba həyəcanı


4-02-2017, 20:23.

Rusiyada Çelyabinski hava limanında yüzlərlə adam bomba xəbərdarlığından sonra təxliyə olunub.

Qafqazinfo-nun "İnterfaks”a istinadən verdiyi xəbərə görə, naməlum şəxs hava limanının mətbuat xidmətinə zəng edərək onda binada və ya təyyarələrdən birində partlayıcı qurğu olduğuna dair məlumat olduğunu bildirib.
Bundan sonra sərnişin və işçi heyəti evakuasiya olunub.

Xüsusi-xidmət orqanlarının əməkdaşları hava limanı və təyyarələrdə axtarışlar aparıblar, nəticədə bomba tapmayıblar.

 


Вернуться назад