Главная > Maraqlı > Mitinqçilərin sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb

Mitinqçilərin sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb


21-10-2015, 23:58.

Mitinqçilərin sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb

"Uluyol.info" Xeberler.az saytına istinadən xəbər verirki,müxtəlif nümayiş, etiraz aksiyalarında iştirak edən insanların sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb. Proqram təminatını ABŞ-ın Mərkəzi Florida  Universitetinin mütəxəssisləri hazırlayıblar.

Amerikalı mütəxəssislərin hazırladığı proqram təminatı isə bu işin avtomatik, operativ və düzgün həyata keçirilməsinə imkan yaradır. 

Proqram təminatı aksiya yerində yuxarıdan, yüksəklikdən çəkilmiş fotoşəkilləri (aero-fotolar) analiz edərək, toplaşan adamların sayını bir neçə həftəyə deyil, 30 dəqiqə ərzində müəyyənləşdirir.  

Mərkəzi Florida Universitetinin informatika üzrə professoru Mübarək Şah bildirib ki, insanların kütləvi şəkildə toplaşdığı yerdə onların sayının avtomatlaşdırılmış kompüter analizi indiyədək heç bir  yerdə aparılmayıb. Mübarək Şahın fikrincə, proqramdan təkcə mitinq və nümayişlərdə insanların sayının hesablanmasında deyil, açıq havada keçirilən başqa ictimai tədbirlərdə də istifadə oluna bilər. Professor vurğulayıb ki, proqram fövqəladə hallarda insan həyatının vaxtında xilas olunmasına da yardım edə bilər.


ULUYOL.İNFO

Вернуться назад